• Tikinti və Layihə idarəetmə şirkəti
    10 İLDƏN ÇOX TƏCRÜBƏ
  • Məqsəd müştəri məmnuniyyətidir
    Layihəniz üçün Sürətli və Etibarlı Xidmət

Nömrənizi qeyd edin, biz sizə zəng edərik

XİDMƏTLƏRİMİZ

Servis və Diaqnostika Xidmətləri

● Təhlükə potensiallı avadanlıq və qurğuların diaqnostikası və müayinəsi

● Obyektlərdə enerji sərfiyyatı üzrə hesabatların aparılması və sərfiyyatın azaldılması Mexaniki və elektrik sistemləri üzrə 7/24 servis xidməti

Təmir, bəzək və tamamlanma işləri

● Mebel və avadanlıqların quraşdırılması

● Əsaslı təmir-tikinti işləri

● Cari təmir işləri

Sənaye və Mülki Obyektlərin Tikilməsi

● Dəmir-beton qurğuların quraşdırılması.

● Yüngül konstruksiyaların quraşdırılması

● Digər bütün növ tikinti işləri

Layihələndirmə və Dizayn işləri

● Geoloji və topoqrafik layihələrin hazırlanması

● Mühəndis Kommunikasiya Sistemlərinin Layihələndirilməsi

● Interyer və eksteryer layihələrinin hazırlanması

Offshore Layihələrin İcrası

● Mexaniki sistemlərin quraşdırılması

● Elektrik sistemlərinin quraşdırılması

Mühəndis Kommunikasiya Sistemləri

● Havalandırma sistemləri

● Su və kanalizasiya sistemi

● Avtomatlaşdırma işləri

● Soyuq anbarların quraşdırılması İsitmə, Soyutma sistemləri (Çiller-Fankoil, kondisioner və amonyak sistemi)

NİYƏ BİZ?

Səliqəli montaj

Biz avadanlıqları interyerə heç bir zərər vermədən və məkanı ideal vəziyyətdə saxlayaraq quraşdırırıq.10 ildən artıq təcrübəyə malik olan işçilərimiz yüksək səviyyədə bunu təmin edirlər.İstənilən bucaq,istənilən forma və dərəcəyə uyğunlaşdırılıb yüksək keyfiyyətdə montaj edib sizlərə təhvil veririk.

Ödənişsiz konsultasiya

Şirkət olaraq, bizimlə əlaqə quran hər bir müştəriyə fərdi yanaşırıq. Odur ki, mürəciətinizdən sonra mütəxəssisimizin baxış və ilkin məsləhətləşmə üçün müəssisəyə getməsini təklif edirik. Görüş əsnasında şifarişçinin tələbatlarını və nəzərdə tutduğu büdcəni müəyyən edərək ən optimal mühəndis həllərini təklif edirik. Ehtiyac olduğu halda tələb olunan iş müddətini və mümkün iş qrafikini dərhal müzakirə etməyə hazırıq.

Xüsusi təhlükəsizlik siyasətimiz mövcuddur

- Layihənin ilk addımından sonuna qədər hər bir mərhələdə riskləri dəyərləndiririk. Dəyərləndirmədə fəhlədən direktora qədər komandamızın hər bir üzvü iştirak edir. - Hər ay təhlükəsizlik qaydaları və ətraf mühitin qorunmasında daha fəal olan əməkdaşlarımızı xüsusi mükafatlandırırıq. - Təhlükəsizlik siyasətimiz daim təkmilləşir - əməkdaşlarımız üçün mütəmadi olaraq təhlükəsizlik üzrə treninqlər keçiririk. - Biz, əməkdaşlarımıza təhlükə zamanı işi dayandırmağa icazə veririk. Əgər bu onun həyatını təhlükə altına salırsa, istənilən əməkdaşımız işi dayandıra bilər, - Layihəni CAPEX və OPEX beynəlxalq standartları üzrə icra edirik. - Hər gün yeni təhlükəsizlik standartları və normaları yaradırıq. Əlavə olaraq, əməkdaşlarımızın təhlükəsizlik ilə bağlı ideya və təkliflərini dəstəkləyirik. - Təhlükəsizliyin təminatına ayrıca büdcə ayırırıq. - Təhlükəsizlik texnikalarını təkmilləşdirmək üzrə kvartal hədəflər qoyuruq.

Müştərilər ilə mütəmadi ünsiyyətdəyik

İşlərin gedişatı haqqında müştərini məlumatlandırmaq məqsədilə həftəlik və ya aylıq görüşlər keçirir, mütəmadi olaraq elektron məktub vasitəsilə ümumi hesabatlar göndəririk.Beləliklə, müştəri layihənin prosesindən məlumatlı olur və heç bir mərhələdə anlaşılmazlıq baş vermir.İşin sonunda müştəriyə layihə ilə bağlı olan bütün sənədləri, foto və videohesabatları təqdim edirik.Bu məlumatlar etibarlı Cloud serverlərinə yüklənir, üzərindən illər keçsə də, sizin layihəniz ilə bağlı məlumatlar serverdə qalır və lazım olduğu zaman heç kəsi axtarmadan bütün vacib informasiyanı əldə edə bilirsiniz.

Mərhələli sənədləşmə işləri aparırıq

- Biz layihə üzrə hər mərhələdə sənədləşmə işləri aparır, bütün sənədləri müştəriyə təqdim edirik. Əlavə olaraq, sənədlərin sürəti öz bazamızda elektron variantda qalır və müştəri istənilən zaman sənədlərin sürətini təkrar əldə edə bilir. - Sənədləşdirilmiş menecment sistemimiz, keyfiyyətə və təhlükəsizliyə nəzarət sistemimiz, sənədləşmə işləri üzrə peşəkar kadrlarımız mövcuddur. - Əməkdaşlarımız üçün mütəmadi olaraq sənədləşmə işlərinin düzgün aparılmasına dair treninqlər keçiririk. - Hər bir layihəyə ayrıca komanda ayırırıq.

Gördüyümüz işlərə 5 ilədək zəmanət veririk

İstər işin gedişatında, istərsə də iş bitdikdən sonra, hər zaman müştərinin yanındayıq. Əgər problem yaranarsa, onu dərhal aradan qaldırmağa başlayırıq.

HAQQIMIZDA

  • image

BLOG

image

Layihə İdarəetmə Komponentləri hansılardır?

Layihə İdarəetmə Komponentləri hansılardır? Layihənin idarə edilməsi bir başlıq ...

Ətraflı oxu

Tikinti şirkəti

Möhtəşəm faktlar

250
Tamamlanmış layihələr
240
Razı qalan müştəri
25
Davam edən layihə

PARTNYORLAR

image
image
image
image
image
image

ŞƏRHLƏR

image

Azərbaycan Beynəlxalq Bank

"Proes" Məhdud Məsuliyyətli Cəmiyyəti "Rhoss Chiller sisteminin təmir və yenilənməsi ilə əlaqədar işlərin satın alınması" layihəsi çərçivəsində mexanika sahəsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Baş ofisinin inzibati binasında çillerlərin yenisi ilə əvəz olunması,dry coolerin təmir edilməsi,kompressorların təmiri işlərini yerinə yetirmişdir.Təhvil verilən işlərin nəticəsi ilə əlaqədar olaraq bildirmək istəyirik ki,bu günə kimi heç bir problemlə qarşılaşmamışıq. Görülən iş əvvəlcədən razılaşdırılmış vaxtdan gec olmayaraq,keyfiyyətli şəkildə təhvil verilmişdir. Məsuliyyətli,məqsədyönümlü,ən əsası peşəkar komanda ilə gördüyümüz işə görə sizə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti adından təşəkkür edirik və fəaliyyətinizdə komandanıza uğurlar arzulayırıq.Gələcəkdə Sizinlə yeni layihələr çərçivəsində əməkdaşlıq etməkdən çox məmnun olarıq.
image

Havissos MMC

Əməkdaşımız PROES MMC-i podratçı şirkət olaraq,"Avrora" MMC-yə məxsus Makaron fabrikində,buxar qazanın quraşdırılması,qızğın su qazanının quraşdırılması və istilik şəbəkəsinin çəkilməsini həyata keçirmişdir. PROES MMC şirkəti ən son texnologiyalarla və yeniliklərlə şirkətimizi təmin etmişdir.Şirkətin əsas iş prinsipi hər bir müştəriyə fərdi yanaşma və sifarişi müştərinin istəklərini nəzərə almaqla onun büdcəsinə maksimum qənaətlə hazırlayıb verməkdir. PROES MMC şirkətinin əsas xüsusiyyəti ondadır ki,layihələndirmə,quraşdırma,avtomatika və servis sahələrində çalışan böyük mühəndis və mütəxəssis heyətinə sahibdir.Bir tərəfdaş olaraq PROES MMC şirkətini hər zaman layihələrimizin icraçısı olaraq görməkdən məmnunluq duyuruq.
image

Balacans MMC

Əməkdaşlıq etdiyimiz PROES MMC icraçı olaraq şirkət kimi çıxış edərək,isitmə və soyutma sistemlərinin quraşdırılması həyata keçirilmişdir.BALACANS MMC-nin rəhbərliyi olaraq tərəfdaşımızın işlərindən razı qaldığımızı və gələcəkdə işgüzar əlaqələrin möhkəmlənməsi üçün müxtəlif layihələrdə çalışacıyıq. PROES MMC şirkəti ən son texnologiyalarla və yeniliklərlə şirkətimizi təmin etmişdir.Şirkətin əsas iş prinsipi hər bir müştəriyə fərdi yanaşma və sifarişi müştərinin istəklərini nəzərə almaqla onun büdcəsinə maksimum qənaətlə hazırlayıb verməkdir. PROES MMC şirkətinin əsas xüsusiyyəti ondadır ki,layihələndirmə,quraşdırma,avtomatika və servis sahələrində çalışan böyük mühəndis və mütəxəsssis heyətinə sahibdir.Bir tərəfdaş olaraq PROES MMC şirkətini hər zaman layihələrimizin icraçısı olaraq görməkdən məmnunluq duyuruq.